Sürücü “Ford”u “KamAZ”a çırpdı, sərnişini öldü

Qəzalar 6 Dekabr 2019 17:45 Oxunub 1527
Sürücü “Ford”u “KamAZ”a çırpdı, sərnişini öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəza dekabrın 5-də saat 1 radələrində qeydə alınıb. Mingəçevir şəhər sakini Ayxan Cabbarlı idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Cabbarlının sərnişinlərindən Rəşad Şıxıyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh