Şəmkirdə piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Gündəm 6 Dekabr 2019 19:45 Oxunub 703
Şəmkirdə piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Faiq Mahmudovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Şəmkirin Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini, 65 yaşlı H.Məmmədovu yaşadığı evin qarşısından yolu keçmək istəyərkən Şəmkir rayon sakini Rövşən Məzahir oğlu Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə onu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

R.Məmmədova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh