Astarada polis əməkdaşları ağacəkmə aksiyasında fəal iştirak etdilər

Gündəm 6 Dekabr 2019 20:30 Oxunub 893
Astarada polis əməkdaşları ağacəkmə aksiyasında fəal iştirak etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
100-dən çox dekorativ və meyvə ağacları əkilib

DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan verilən məlumata görə, böyük şair İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədini daşıyan ağacəkmə aksiyası bütün respublika ərazisində olduğu kimi Astara şəhərində də baş tutub.
Tədbirdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları böyük fəallıq nümayiş etidiriblər. Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirovun və şəxsi heyətin qatıldığı aksiya zamanı 100-dən çox dekorativ və meyvə ağacları əkilib. Eyni zamanda əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh