“Chevrolet” traktor təkəri ilə toqquşdu: sürücünü burnu sındı - VİDEO

Avtosfer TV 6 Dekabr 2019 21:30 Oxunub 1540
“Chevrolet” traktor təkəri ilə toqquşdu: sürücünü burnu sındı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin qismində olan oğlu isə yüngül sıyrıqlar alıb

Rusiyada traktor təkərinin minik avtomobilinə çırpılma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Belqorodsk əyalətində qeydə alınıb.

Kadrlarda, traktorun hərəkətdə olduğu sonra isə anidən arxa təkərinin çıxdığı və qarşı zolaqdan gələn “Chevrolet Lanos” markalı avtomobilin ön şüşəsinə çırpıldığı görülür.

Yerli medianın məlumatına görə, qəza nəticəsində avtomobil sürücüsünü burnu sınıb, sərnişin qismində olan oğlu isə yüngül sıyrıqlar alıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh