Sabah yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq - XƏBƏRDARLIQ

Gündəm 7 Dekabr 2019 13:30 Oxunub 1244
Sabah yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda gecə 5-7°, gündüz  9-11°  isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

ETSN-dən Avtosfer.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7°, gündüz  9-11°  isti olacaq.  Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında da sabah rayonlarda da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Arabir  duman olacaq.  Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz  7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də axşam, 9-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 09-da arabir güclənəcək. Azərbaycanın rayonlarında da sabah axşam, dekabrın 9-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Dağlıq rayonlarda  gecə saatlarında yolların buz bağlama ehtimalı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh