Avtomobildə narkotik vasitə - marixuana keçirmək istədi

Gündəm 7 Dekabr 2019 16:30 Oxunub 1034
Avtomobildə narkotik vasitə - marixuana keçirmək istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Sharan" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb.

Avtosfer.az-ın xəbərinə görə sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilb. Bu zaman nəqliyyat vasitəsinin qapısında bir ədəd kağıza bükülü, ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh