Nijnı Novqorod şəhərində avtomobil 12 piyadanı vurub

Qəzalar 7 Dekabr 2019 22:00 Oxunub 1488
Nijnı Novqorod şəhərində avtomobil 12 piyadanı vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda faktla bağlı araşdırma aparılır

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 12 nəfərin xəsarət alması ilə nəticələnib.

Avtosfer.az  “TASS”a istinadən xəbər verir ki, baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan şagirdlərin üzərinə sürüb. Nəticədə 9 yeniyetmə və onları teatra aparan üç şəxs xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh