Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Qəzalar 8 Dekabr 2019 19:00 Oxunub 1653
Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb

Litvada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli radiosu məlumat yayıb.

Məlumata görə, hadisə Kaunas rayonunda baş verib. Təyyarə evin həyətinə düşüb. Qəza zamanı 2 nəfər həlak olub.

Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb.

Qeyd edilir ki, həlak olanlar 30 və 65 yaşlı yaşlarında iki nəfərdir. İlkin informasiyaya əsasən, həlak olanlardan biri - təcrübəli pilot Viktoras Ramonasdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh