Gənclərə dəyərli tövsiyələr verilib - FOTO

Gündəm 9 Dekabr 2019 15:30 Oxunub 960
Gənclərə dəyərli tövsiyələr verilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 7 saylı tam orta məktəbdə “Narkomaniyasız sağlam həyat” və “Dini radikalizmlə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə məktəblilərə geniş məlumat verib. Şöbə rəisi qeyd edib ki, hər bir gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini sağlam həyat tərzinə yönəltməlidir. Narkomaniya ilə mübarizənin və onun profilaktikasının bu günki gənclərin formalaşmasında, eləcə də onların sağlam böyüməsində ən mühüm amillərdən biri olduğunu vurğulayıb.

Daha sonra R.Mustafayev dini radikalizmin fəsadlarından, ona qarşı birlikdə mübarizənin vacibliyinindən danışıb. Dini radikalizmin yaranma səbəbləri, yayılma metodları və onunla mübarizə üsulları barədə tədbir iştirakçılarına geniş məlumat verib. Gənclərin radikal təsirlərdən qorunması üçün maarifləndirmə tədbirlərinin vacib olduğunu qeyd edib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh