Bakıda iki nəfərin xəsarət almasına səbəb olan sürücünün məhkəməsi başlayır

Gündəm 9 Dekabr 2019 20:45 Oxunub 1324
Bakıda iki nəfərin xəsarət almasına səbəb olan sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Fərid Əmirəliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Almyaşev Tayyib Tofiq oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Hakim Fərid Əmirəliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda baş verib. İki avtomobilin toqquşması zamanı 1959-cu il təvəllüdlü Məmmədova Narxanım Xeyrulla qızı və 1986-cı il təvəllüdlü Məmmədov Eldost Alim oğlu xəsarət alıblar. T.Almyaşevə Cinayət Məcəlləsinin 263-1.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh