“Pejo” “Mercedes”ə çırpılıb “VAZ”la toqquşdu: 5 ölü, 2 yaralı - FOTO

Avtosfer Foto 10 Dekabr 2019 16:15 Oxunub 1754
“Pejo” “Mercedes”ə çırpılıb “VAZ”la toqquşdu: 5 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb

Rusiyanın Voronej əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol qəzasında 5 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, insident bu gün Moskva – Astraxan avtomagistralının 622-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, sürətlə idarə olunan “Peugeot Boxer” markalı mikroavtobus, sürücünün idaəretməsindən çıxaraq yolun əks zolağına keçib və “Mercedes” markalı iritonnajlı yük maşınına çırpılıb. Zərbənin şiddətindən “Peugeot Boxer” hərəkət edərək “Mercedes”-2110” markalı minik avtomobillə toqquşub.

Nəticədə mikroavtobusda olan 5 nəfər hadisə yerində keçinib. Daha 2 nəfər isə Borisoqlebsk rayonunda yerləşən xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh