Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb

Qəzalar 10 Dekabr 2019 23:00 Oxunub 1730
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşınının sürücüsü saxlanılıb

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sözügedən yolda işıqlanma zəif olduğuna görə, yük maşını piyadaları görməyib və onları vurub. Hər iki şəxs hadisə yerində keçinib.

Məlumata görə, ölənlər 1 qız və 1 oğlan olub. Onların tələbə olduğu bildirilir. Hər iki şəxsin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayonu üzrə Şöbəsibə yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh