Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Gündəm 11 Dekabr 2019 11:19 Oxunub 788
Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədi RPİ tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini T.Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh