Avtosfer.az | Reklam
Avtomobilin təkamülü və dünyada dayanmadan inkişaf edən sistem - FOTO
Avtodünya 11 Dekabr 2019 12:20 174 dəfə oxunub
Avtomobilin təkamülü və dünyada dayanmadan inkişaf edən sistem - FOTO
Avtomobilin ilk məlum təsvirləri Leonardo da Vinçiyə aiddir

Avtomobil (yunanca αὐτός - özü və latınca mobilis - hərəkətli, sürətli), öz-özünə hərəkət edən heyət - insan və ya yük daşımaq üçün istifadə olunan mühərrikli yol nəqliyyat vasitəsidir. Avtomobilin əsas təyinatı nəqliyyat işlərini yerinə yetirməkdir. Sənayeləşmiş inkişaf etmiş ölkələrdə avtomobil nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə sərnişin daşınması baxımından aparıcı mövqe tutur. Müasir avtomobil 15-20 min hissədən ibarətdir, onlardan 150-300 ən vacibdir və ən yüksək əməliyyat xərclərini tələb edir. Anlayışa minik, yük avtomobilləri, avtobus, trolleybus, zirehli daşıyıcı daxildir, lakin kənd təsərrüfatı traktoru və motosikl daxil deyil.

Ümumiyyətlə, mexaniki nəqliyyat vasitəsi - insanları və yükləri yollarda daşımaq və ya yollarda qoşqu nəqliyyat vasitəsini kimi istifadə olunur. Bu termin trolleybusları, yəni elektrikli telə qoşulmuş relssiz nəqliyyat vasitələrini əhatə edir; insanların və ya yüklərin daşınması üçün istifadə yalnız köməkçi funksiya olan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir - Yol Hərəkəti Haqqında Konvensiya (Vyana, 8 noyabr 1968).

Yollarda insanların və ya yüklərin daşınması və ya yedəyə alınaraq, nəqliyyat vasitələrinin yollarda daşınması üçün istifadə olunan hər hansı mexaniki özüyeriyən nəqliyyat vasitəsi; bu terminə kənd təsərrüfatı traktorları daxil deyil - Beynəlxalq avtomobil daşınmaları ilə məşğul olan nəqliyyat vasitələrinin işçiləri ilə bağlı Avropa Sazişi (NVAS) Cenevrə, 1 iyul 1970-ci il.

Özünün xüsusi imkanları ilə eyni xəttdə olmayan ən az dörd təkər üzərində hərəkət edən yerüstü nəqliyyat vasitəsinin yerlə daimi təmasda olması mütləqdir; idarəetmə ən azı iki təkər və hərəkət - təkərlərin ən azı ikisi tərəfindən təmin edilməlidir - FIA Beynəlxalq İdman Kodeksi (fr. Fédération Internationale de l'Automobile).

TARİXİ

Avtomobilin ilk məlum təsvirləri (yay ötürücüsü ilə) Leonardo da Vinçiyə (812R Codex Atlanticus) aiddir, lakin, nə fəaliyyətdə olan nüsxə, nə də mövcudluğu haqqında məlumat bu günədək gəlib çatmamışdır. 2004-cü ildə Florensiyadan olan Elm Tarixi Muzeyinin mütəxəssisləri bu avtomobili qrafik təsvirlər vasitəsi ilə bərpa edə bildilər və bununla da Leonardonun fikrinin düzgün olduğunu sübut etdilər. İntibah dövründə və daha sonra bir sıra Avropa ölkələrində maskarad və paradlarda iştirak etmək üçün yay mühərriki olan "özüyeriyən" arabalar və heyətlər vahid miqdarda hazırlandı.

1769-cu ildə fransız ixtiraçısı Kyunyo(Kunho), "Kyunyonun kiçik arabası" kimi tanınan buxar mühərriki olan avtomobilin ilk nüsxəsini, 1770-ci ildə isə "'Kyunyonun böyük arabası"nı sınadı. İxtiraçı özü bunu "Odlu araba" adlandırdı - o artilleriya qurğularının yedəyə alınması üçün nəzərdə tutulmuşdur.

"Kyunyo arabası" təkcə avtomobilin deyil, həm də buxar gücü ilə idarə olunan buxar lokomotivinin(parovoz) əcdadı hesab olunur. XIX əsrdə adi yollar üçün buxar dartıcı üzərində dilijanslar(sərnişinlərin və poçtun daşınması üçün çoxyerli kareta) və rutyerlər (buxar dartıcıları, yəni relssiz buxar lokomotivləri) İngiltərə, Fransa ərazilərində inşa edilmiş və bir sıra Avropa ölkələrində, o cümlədən Rusiyada tətbiq edilmişdir, lakin onlar ağır, qabarıq və narahat idi, buna görə də geniş vüsət almadılar.

1791-ci ildə rus ixtiraçısı İvan Kulibin "özügedən daşıyıcı"(самокатная повозка) düzəltdi.

Minik avtomobillərinin bəzək əşyası kimi hazırlanması halları da oldu. Beləliklə, 1884-cü ildə inşa edilmiş və buxarla işləyən La Marquise (rəsmi adı - De Dion-Bouton et Trepardoux) tarixə düşdü.

Yüngül, yığcam və kifayət qədər güclü daxili yanma mühərrikinin(DYM) meydana gəlməsi avtomobilin inkişafı üçün geniş imkanlar açdı. 1885-ci ildə alman ixtiraçısı Qotlib Daymler, 1886-cı ildə isə həmyerlisi Karl Bents benzin mühərrikləri ilə ilk özüyeriyən heyəti düzəltdilər və patentləşdirdilər. 1895-ci ildə Bents ilk DYM ilə təchiz olunmuş ilk avtobusu hazırladı. 1896-cı ildə Daymler ilk taksi və yük maşınını hazırladı. XIX əsrin son onilliyində avtomobil sənayesi Almaniyada, Fransada və İngiltərədə meydana gəldi.

XX əsrin I rübündə elektromobillər və buxar mühərriki olan avtomobillər geniş yayıldı. 1900-cü ildə ABŞ-da maşınların təxminən yarısı buxarla işləyirdilər, 1910-cu illərdə Nyu-Yorkda taksilərdə 70 minə qədər elektromobil işləyirdi.

1900-cü ildə Ferdinand Porşe, dörd aparıcı təkərli - onları hərəkətə gətirən elektrik mühərrikli elektromobil qurdu. İki il sonra, Hollandiya şirkəti Spyker, tam ötürücülü, mərkəzi diferensial ilə təchiz edilmiş yarış avtomobili istehsal etdi.

İlk yarış avtomobili 35 at gücü mühərriklə təchiz edilmişdir və 22 dekabr 1900-cü ildə DMG-dən olan Emil Yellinekə çatdırılmışdır. Bu "Mercedes", DMG-nin baş mühəndisi Vilhelm Maybax tərəfindən hazırlanmış və yenilikçi konstruksiya həllərini özündə birləşdirmişdir: uzun təkər bazası, aşağı ağırlıq mərkəzi, polad çərçivə, hava borulu radiator və sükan çarxı. Yüngül və yüksək məhsuldar mühərrik 75 km/saat sürətə çatırdı və dəqiqədə 300-dən 1000-ə qədər dövr edə bilirdi. Onun 4 silindri var idi və hər bir silindrin porşenə nisbəti 116×140 mm idi. Həcmi - 5918 sm³. Hər cüt silindr üçün özünün karbüratoru, iki eksantrik valı və idarəedici giriş klapanı, aşağı gərginlikli maqnit alovlanması var idi.

Stenli(Stanley) qardaşları ildə təxminən 1000 maşın istehsal edirdilər. 1909-cu ildə qardaşlar Koloradoda ilk lüks-sinif otel açdılar və qonaqları dəmiryol stansiyasından otelə buxar avtobusu gətirirdi ki, bu da avtomobil turizminin faktiki başlanğıcı idi. Stanley firması 1927-ci ilə qədər buxarla işləyən avtomobillər istehsal etdi. Bir sıra üstünlüklərə (yaxşı dartma, çoxlu yanacaq tutumluluq) baxmayaraq, buxar avtomobilləri sərfəsizliyi və istismarda çətinlik çəkdikləri üçün 1930-cu illərə qədər səhnəni tərk etdilər.

Avtomobil nəqliyyatının geniş yayılmasına mühüm töhfəni 1913-cü ildən bəri avtomobillər yığmaq üçün konveyer sistemini təqdim edən Amerikalı ixtiraçı və sənayeçi Henri Ford etdi.

1923-cü ildə Bentsin firması Dizel mühərriki olan ilk yük maşınını istehsal etdi.

Tərcümə etdi: Avtoklub Azərbaycanın baş administrator  Natiq Nazimoğlu

Gəncə şəhəri, 2019-cu il

https://www.facebook.com/groups/autoclub/permalink/3042032889158560/

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh