YPX əməkdaşı vətəndaşının avtomobilini heç bir protokol tərtib etmədən duracağa yerləşdirib - FOTO

Yol polisi 11 Dekabr 2019 12:45 Oxunub 1535
YPX əməkdaşı vətəndaşının avtomobilini heç bir protokol tərtib etmədən duracağa yerləşdirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü bu barədə Yol Polisi İdarəsinədə şikayət edəcəyini bildirdi

Sürücü tərəfindən Press.az-a iddia edilib ki, Bakının Yasamal rayonu ərazisində 99-YP-345 Dövlət qeydiyyatlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan YPX əməkdaşı inspektor Şükür, 10-OD-280 Dövlət qeydiyyat nömrəli Vaz 2106 markalı avtomobilimin ön hissəsinin əlavə avadanlıqlarla qaldırıldığı bildirilərək DYP-ə aid 16 saylı (Qurd qapısı yaxınlığında) müvəqqəti dayanacağa aparıb.

Sürücü qeyd edib ki, avtomobilin ön hissəsində heç bir əlavə avadanlıqdan istifadə edilməyib və avtomobilin müvəqqəti dayanacağa aparılması üçün heç bir qayda pozuntusu olmayıb. DYP əməkdaşı əlavə olaraq heç bir protokol tərtib etmədən əsassız olaraq avtomobili müvəqqəti duracağa yerləşdirib.

Sürücü bu barədə Daxili İşlər Nazirinə şikayət məktubu ünvanlayacağını bildirib.

Məsələ ilə bağlı Press.az saytı ekspert Ərşad Hüseyinovla əlaqə saxlayıb.

Ə. Hüseyinov bildirib ki, bu kimi hallarda avtomobil müvəqqəti duracağa aparılmamışdan öncə sənəd üzərində göstərilən göstəricilər sürücüyə təqdim edilməlidir:

"Bu kimi qayda pozuntusunu iddia edildikdə, sənəd göstərilməlidir ki, baxın qanunda budur, lakin sizdə qanuna uyğun deyil. Əyər qayda pozuntusu yerində sübut edilmirsə, bu artıq doğru deyil"- deyə Ə. Hüseyinov bildirib.

Avtosfer.az sürücünün Press.az-a göndərdiyi şəkilləri sizlərə təqdim edir.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh