Avtosfer.az | Reklam
Xanımın park etdiyi maşının yerini bəyənməyən kişi avtomobili aşırtdı - FOTO - VİDEO
Avtosfer Foto 11 Dekabr 2019 14:34 2131 dəfə oxunub
Xanımın park etdiyi maşının yerini bəyənməyən kişi avtomobili aşırtdı - FOTO - VİDEO
61 yaşlı kişi xəstəxanaya aparılıb

İstanbulda xanımının avtomobili park etməsini bəyənməyən kişi, yenidən park etmək istədiyi zaman maşını aşırıb. Avtosfer.az xəbər verir ki, insident ötən axşam Kadıköy rayonunun Mərdivənköy məhəlləsində qeydə alınıb. Məlumata görə, həyat yoldaşının park etdiyi avtomobilin yerini bəyənməyən 61 yaşlı Məhməd Sinan Akın, maşını özü park etmək qərarına gəlib. Sükan arxasına keçən Məhməd Sinan Akın qaz və əyləc pedallarının yerini səhv salaraq maşını yol kənarında dayanmış nəqliyyat vasitələrinə çırparaq aşırıb. Aşan avtomobilin salonunda sıxışaraq qalan yaşlı kişi, xanımının və ətrafdakı insanların köməkliyi ilə sıxışdığı yerdən çıxarılıb. Məhməd Sinan Akın hadisə yerinə çağırılan ambulansla xəstəxanaya aparılıb.

 

Namiq Musayev

 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh