Sumqayıtda ağır qəza: ölən var

Qəzalar 29 May 2014 15:47 Oxunub 1654
Sumqayıtda ağır qəza: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Shachman” və “06” toqquşub

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, gecə saat 01.00 radələrində şəhərin H.Zeynalabdin qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Ruslan Həsənovun idarə etdiyi “Shachman” və Mingəçevir sakini Gündüz Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. G.Ağayev və sərnişini Anar Qasımov xəstəxanaya yerləşdirilsə də, A.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh