Dumanlı hava ağır yol qəzasına səbəb oldu: 3 ölü, 2 yaralı - FOTO

Qəzalar 11 Dekabr 2019 20:15 Oxunub 971
Dumanlı hava ağır yol qəzasına səbəb oldu: 3 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar ambulanslarla xəstəxanaya çatdırılıb

Türkiyənin Kastamonu vilayətində mikroavtobusun və TIR-ın iştirakı ilə ağır yol-nəqliyyat  hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında Kastamonu – İnebolu avtomagistralının Seydilər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, havanın dumanlı, yolun buzlu və sürüşkən olması səbəbindən Cəfər Qızıldağın idarə etdiyi 73 SE 563 qeydiyyat nömrə nişanlı çınqıl yüklü TIR, yolun əks istiqamətindən gələn Saleh Emikinin idarə etdiyi 37 BF 334 qeydiyyat nömrə nişanlı mikroavtobusla toqquşub. Zərbənin şiddətindən TIR aşıb, mikroavtobus isə deformasiyaya uğrayıb.

Nəticədə mikroavtobusdan olan 1-i yeniyetmə, 3 nəfər dünyasını dəyişib, daha 2 nəfər isə hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh