Bakıda 2 avtomobil toqquşub, 7 nəfər xəsarət alıb

Qəzalar 12 Dekabr 2019 00:30 Oxunub 841
Bakıda 2 avtomobil toqquşub, 7 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Yeni Ramana qəsəbəsində sürücü Abbasov Cəfər Mobil oğlu "Saipa" markalı avtomobilə idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi qarşıdan gələn, Qurbanov Elçin Vəli oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Mirzəyev Rza Ziyəddin oğlu, 1983-cü il təvəllüdlü Kazımova Xatirə Tofiq qızı, 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Qəhrəman oğlu, 1987-ci il təvəllüdlü Əliyeva Günel Ələsgər qızı və 1993-cü il təvəllüdlü Ələsgərov Səddam Sədi oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh