Azərbaycanlı sürücü ilə rus qadın arasında 90 qəpiyə görə mübahisə düşdü

Gündəm 12 Dekabr 2019 12:40 Oxunub 781
Azərbaycanlı sürücü ilə rus qadın arasında 90 qəpiyə görə mübahisə düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın sürücüyə 1000 rubl (26 AZN) ödəyib

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı taksi sürücüsü ilə sərnişin arasında qiymət üstündə mübahisə düşüb.

 63 yaşlı azərbaycanlı taksi sürücüsü 47 yaşlı sakindən sifariş qəbul edib.

Mənzil başına çatanda sürücünün göstəricisi gediş məbləğini 351 rubl (9.30 AZN), qadının tətbiq göstəricisi isə məbləği 317 rubl (8.40 AZN) göstərib.

Onlar mübahisə edib bir-birindən taksi xidmətinin ofisinə zəng edərək, məsələni aydınlaşdırmağı tələb ediblər.

Nəticədə, qadın sürücüyə 1000 rubl (26 AZN) ödəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh