Yol polisi "Nəvai" postunda sürücünü saxlayıb görün nə dedi - MARAQLI VİDEO

Yol polisi 13 Dekabr 2019 11:30 Oxunub 23784
Yol polisi "Nəvai" postunda sürücünü saxlayıb görün nə dedi - MARAQLI VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX əməkdaşı Babayev Mirseyidin bu əməli həqiqətən təqdirə layiqdir

“Ömrümdə birinci dəfədir ki, DYP postunda inspketor məni saxlayaraq halımı soruşdu. Əgər yorğunamsa dincəlməyi, üzümə su vurmağı, su və ya çay içməyi təklif etdi. Tam səmimi deyim ki, belə halları sosial şəbəkədə görəndə çox da inanmırdım. Amma bu gün canlı şahidi oldum. Bu cür işini şərəflə, vicdanla, dürüst şəkildə icra edən bütün YPX inspektorları ilə fəxr edirəm. Sürücü ilə nəzakətli danışığı, inspektorun insani keyfiyyətlərinin müsbət olmasından xəbər verirdi. Əhsən.YPX əməkdaşı Babayev Mirseyidin bu əməli həqiqətən təqdirə layiqdir.”

Avtosfer.az xəbər verir ki, bu sözləri hüquqşünas Rüstəm Cəfərov öz "Facebook" səhifəsində yayımlayıb. Belə ki, "Nəvai" postu ərazisində, günün qaranlıq vaxtə sürücünü yol polisi saxlayır. Daha sonra ona su içmək və istirahət etməyi təklif edir. Eyni zamanda video paylaşan hüquqşünas bir daha yol polislərinə təşəkküsrünü bildirib. Videonu təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh