Gürcüstan nömrəli maşın qaydanı pozdu, yol polisi onu belə cərimələdi - VİDEO

Yol polisi 13 Dekabr 2019 12:30 Oxunub 5333
Gürcüstan nömrəli maşın qaydanı pozdu, yol polisi onu belə cərimələdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zolaqlar üzrə hərəkət qaydasını pozur

Bəzi hallarda Gürcüstan nömrəli avtomobillərin Bakıda rahatlıqla qayda pozduqları və cərimələnmədikləri barədəsində cəmiyyətdə söhbətlər dolaşır. Amma bu həqiqətdirmi? Yol polisi dəfələrlə bəyan edib ki, xarici dövlət nömrə nişanlı avtomobillərin qayda pozuntuları yol polisləri tərəfindən aşkar olunan zaman cərimələnir. Avtosfer.az-ın təqdim etdiyi video Bakı şəhəri, Babək prospektində çəkilib. "Mercedes" markalı avtomobilin sürücüsü zolaqlar üzrə hərəkət qaydasını pozur. Bir qədər irəli gedən kimi yol polisi sürücünün qayda pozuntusunu gprür və onu saxlayaraq barəsində inzibati qaydada cərimə tətbiq edir. Görüntüləri təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh