Sağlam düşüncə sağlam yaşamın təməlidir - FOTO

Gündəm 13 Dekabr 2019 16:20 Oxunub 1927
Sağlam düşüncə sağlam yaşamın təməlidir  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib.
O, çıxışında erkən nikaha qarşı görülən işlərdən söz açaraq, bu məsələ ilə bağlı həm yeniyetmə və gənclərimizin, həm də onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Erkən yaşda qurulan nikahlarların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini, bunun da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarının ortaya çıxmasına səbəb olduğunu bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh