Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub

Qəzalar 14 Dekabr 2019 09:45 Oxunub 1017
Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi  baş verib. 

APA xəbər verir ki, “Infiniti” markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində “Mitsubishi” markalı avtomobilə çırpılıb. “Infiniti”yə ciddi ziyan dəyib. Hadisədən sonra xanım sürücü “Mitsubishi”nin sahibi ilə mübahisə edib. 

Əraziyə əvvəlcə Yol Patrul Xidmətinin, sonra isə Post Partul Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Hər iki sürücünün izahatı alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh