Polis idarəsinə hücum olundu: oğurlanmış zabitlərin cəsədləri kisələrdə tapıldı

Gündəm 14 Dekabr 2019 10:45 Oxunub 975
Polis idarəsinə hücum olundu: oğurlanmış zabitlərin cəsədləri kisələrdə tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı daha 3 polis öldürülüb

Meksikada polis idarəsinə edilən silahlı hücum nəticəsində oğurlanmış polis əməkdaşlarının kisələrə yığılmış cəsədləri aşkarlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Ştatın təhlükəsizlik üzrə komissarı Sofiya Uett Lopesin sözlərinə görə, dekabrın 11-də Vilyaqrana şəhər polis idarəsinə silahlı hücum edilib və cinayət qruplaşma tərəfindən oğurlanmış polis zabitlərinin qalıqları dekabrın 13-də Quanaxuto ştatında tapılıb.

Komissar həmçinin bildirib ki, güc strukturlarının binasına hücum zamanı 3 asayiş keşikçisi öldürülüb, hakim və 4 polis əməkdaşı isə əsir götürülüb. Daha sonra cinayətkarlar əsir hakimi buraxıblar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh