Marşrut avtobusunun qəzaya uğraması barədə RƏSMİ

Gündəm 14 Dekabr 2019 12:56 Oxunub 970
Marşrut avtobusunun qəzaya uğraması barədə RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə səbəb “KİA” markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Agentlikdən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, “KİA” markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb “KİA” markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh