Terrorçular Qarabağda 9 əfqan hərbçisini öldürdü

Gündəm 14 Dekabr 2019 19:15 Oxunub 1673
Terrorçular Qarabağda 9 əfqan hərbçisini öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sinxua” agentliyi isə iddia edir ki, radikalların hücumu zamanı 25 əfqan hərbçisi öldürülüb

Əfqanıstanın Qəzni əyalətində “Taliban” hərəkatının yaraqlıları tərəfindən 9 əfqan hərbçisi öldürülüb. Avtosfer.az xəbər verir ki, bu barədə dekabrın 14-də ölkənin Müdafiə Nazirliyi öz “Twitter” səhifəsindən məlumat yayıb.

Məlumatda deyilir ki, ötən gün yerli saatla axşam 21.00 radələrində Əfqanıstanın 9 hərbçisi, “Taliban” terrorçuları tərəfindən Qəzni əyalətinin Qarabağ rayonu ərazisində öldürülüb.

“Sinxua” agentliyi isə iddia edir ki, radikalların hücumu zamanı 25 əfqan hərbçisi öldürülüb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh