Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb

Gündəm 14 Dekabr 2019 20:15 Oxunub 1204
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
200 manat nəğd pulunu alaraq onu aldatdığı müəyyən edilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan  Avtosfer.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.
Araşdırmalar zamanı V. Haqverdiyev özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan bir qadını aldadar, onun üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə bunun müqabilində ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nəğd pulunu alaraq onu aldatdığı müəyyən edilib.
Həmçinin onun müxtəlif vaxtlarda Mingəçevir, Yevlax, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyini istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh