Avtomobil oturacaqları haqda maraqlı faktlar - ARAŞDIRMA

Gündəm 14 Dekabr 2019 20:30 Oxunub 2946
Avtomobil oturacaqları haqda maraqlı faktlar                           - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ancaq, ABŞ-da bəzi avtomobillər hələ də “divan oturacaqları” ilə təchiz edirlər

AVTOMOBİL OTURACAQLARI

Avtomobil ilə səyahət edərkən ən çox diqqət oturacaqlara və daxili bəzəklərə verilir. Gəzinti zamanı hiss edəcəyimiz rahatlıq, onların keyfiyyətindən asılıdır. Oturacaqlarda digər funksiyalar da olur: sürücünün etibarlı fiksasiyasını təmin etməli, həmçinin, uzun səfərlərin yorğunluq olmadan keçirilməsinə imkan verməlidir. Avtomobil oturacaqları gördüyümüz hala gəlməzdən əvvəl uzun dəyişikliklər və müasirləşmələr yolu keçməli olub.

AVTOMOBİL OTURACAQLARININ TARİXİ

İlk oturacaqlar çox yumşaq və şişman divanlar olub. Komplektasiyasından, eləcə də avtomobil növündən asılı olaraq rahatlıq baxımından fərqlənə bilərdilər. İlk vaxtlar qəhvəyi və qara rənglər üstünlük təşkil edirdi, nadir istisnalar halında rəngli parça əlavələri olan bir variant tapmaq mümkün olardı. O dövrdə oturacaqların rahatlığı haqqında heç düşünmürdülər, divan oturacaqları bəzən gövdənin yan tərəfində yumşaq bir örtüklə əhatə olunurdu ki, bu da evdə bir otaqda olduğunuzu hiss edə bilərdiz. Bu, müəyyən dərəcədə təhlükəsizliyə kömək edirdi, ancaq o zaman sürət də az idi.

Bir az sonra avtomobil dəbinə ayrılmış oturacaqlar (ingiliscə Bucket seat) gəldi, onlar daha çox ön tərəfdə quraşdırılırdı. Ancaq, ABŞ-da bəzi avtomobillər hələ də “divan oturacaqları” ilə təchiz edirlər (ingiliscə Bench seat). Bu növlərin hər ikisinin də müsbət və mənfi cəhətləri var. Məsələn, 3 nəfər geniş divan oturacağına yerləşə bilər, lakin daha çox rahatlıq ayrı oturacaqlara xasdır. Amerika avtomobilləri arasında "Bench seat"ın geniş yayılması avtomatik sürət qutusunun geniş yayılması təsir etmişdir, həmin vaxtlar isə Avropada mexaniki olanlardan daha çox istifadə olunurdu. "Avtomat" çubuğu sükan üzərində olduğundan, mərkəzdə oturan sərnişin üçün ayaq yeri sərbəst olurdu.

İdman avtomobilləri həmişə ayrı oturacaqlarla təchiz olunur, çünki yalnız onlar sürətlənmiş hərəkət zamanı və kəskin dönüşlərdə sürücünün etibarlı fiksasiyasını təmin edə bilər. Oturacaq baxımından heç bir yerdəyişməyə icazə verilmir, yarşçı avtomobillə “birləşməlidir”, avtomobil ilə özünü bir hiss etməlidir, buna görə idman oturacaqlarının dizaynına xüsusi diqqət yetirilir.

Hal-hazırda, idman oturacaqlarının ölçüləri insan bədəninə dəqiq uyğunlaşdırılıb, oturacaqlar çox sərtdir, əyilməməlidirlər. Material fiksasiyanı, çömçə forması isə - təbii havalandırmanı təmin edir.

Uzun illər arxa oturacaqlar ölüyündə divanı əks edirdilər, yalnız XX əsrin sonlarında dizaynerlər onları düzəltməyə başladılar. Hər bir sərnişinin rahatlığını təmin etmək üçün xeyli işlər görüldü, hətta oturacaq vahid kimi görünsə də, bəzən əlavə tənzimləmə və çevrilmə mümkündür. Bu yeniliyin çatışmazlıqları var: 3 nəfər yerə enəndə orta sərnişin narahatlıq hissi keçirəcək, çünki oturacağı hündürlükdə və ya geri çəkilən qolda yerləşəcəkdir.

MÜASİR AVTOMOBİLLƏRİN OTURACAĞI

Müasir avtomobillərdə oturacaqlar mürəkkəb bir quruluşa malikdir. Əsasında - yastıqlar üçün metal çərçivə və digər sintetik materiallar durur; örtük üçün parça, dəri və ya digər sintetikadan istifadə olunur. Oturacaqlarda müxtəlif əlavə qurğular qurulur: dartma və çubuqlar sistemi, bəzən elektrik ötürücüləri də (mövqeləri tənzimləmək üçün), istilik, havalandırma və hətta təhlükəsizlik yastıqları.

Süni dəri, dəri, müxtəlif sintetik parçalar oturacaq örtüyü materialı kimi istifadə edilə bilər. Oturacaq örtüyü temperaturun dəyişməsinə, asan yuyulmalıdır və ya kimyəvi təmizləməyə uyğun və həmçinin davamlı olmalıdır. Bir qayda olaraq, adi seriyalı avtomobillərdə ucuz parça örtüklərdən və süni dəridən, boz-qara rənglərdən istifadə olunur. Son zamanlarda oturacaqları "işıqlandırmaq" tendensiyası müşahidə olunur: getdikcə adətən ağ rəngli işləmələr görə bilərik. Açıq dəri ilə örtük ən bahalı seçim hesab olunur, praktikliyə gəldikdə isə belə oturacaqlar çox çirklənmirlər və asanlıqla təmizlənirlər.

Rəngarəng və çox rəngli oturacaqlar daha az rast gəlinir. Əlbətdə ki, tuninqin köməyi ilə istənilən, ağlasığmaz rəng birləşməsini əldə etmək olar. Belə müasirləşmə böyük sənətkar istedadından və ya sadə zövqsüzlükdən danışa bilər.

RAHATLIQ YARATMAQ ÜÇÜN QURĞULAR

Bu gün nizamlayıcısı və transformasiyası olmayan oturacaq təsəvvür etmək mümkün deyil. Ən ucuz avtomobildə belə, ön oturacaqların arxa/irəli istiqamətdə nizamlanması, hündürlüyə, söykənəcəyin mailliyi, baş dayaqlarının vəziyyətini dəyişdirmək imkanına baxılmışdır. Arxa oturacaqlar yük yerinin həcmini artıraraq qatlana bilər.

Mükəmməl avtomobillərdə oturacaqlar sadəcə elektrikli ötürücülər tərəfindən tənzimlənən əlavə düzəlişlərlə "doldurulub". Təyin edilmiş vəziyyət saxlanıla bilər ki, hər bir sürücüyə öz parametrləri təsir etsin. Avtomobilin prestij göstəricisi istənilən parametrlərin müxtəlifliyi və genişliyi ilə ölçülür, baxmayaraq ki, bunların hamısı həqiqətən lazım deyil və tələb olunmur.

Tez-tez oturacaqlara istilik qurulur, hansı ki, bortda olan enerji şəbəkəsi ilə qidalanan sadə bir cihazdır. İlk dəfə qızdırılan oturacaqlar 1966-cı ildə "Cadillac" avtomobillərində meydana gəldi. Bəzən 1997-ci ildə ilk dəfə “Saab” da istifadə olunan havalandırmaya da rast gəlmək olar.

Müəyyən sayda avtomobillərdə salonun mərkəzində tutacaqlı(podlokotnik) oturacaqlar(həm arxa, həm də ön) vardır. Tutacaq, məsələn stakan və ya şüşə qab üçün yer boşaltmaq üçün yığışdırıla və ya qatlana bilər. İri avtomobillər qapılar boyunca əlavə tutacaqlar ilə təchiz olunmuşdur.

TRANSFORMASİYA VARİANTLARI

Mövcud standart, arxa oturacaqları 2/3 nisbətində qatlayır. Ancaq bundan əlavə, avtomobilin salonunu dəyişdirmək üçün əlavə imkanlar var. Adətən, arxa oturacağınızı tamamilə çıxara bilərsiniz, ancaq bunun nə qədər çətin olması istehsalçıdan asılıdır. Ön oturacaqların söykənəcəkləri arxa və ya irəli bükülə bilər, bəzi avtomobillərdə isə ön oturacaqları 180 dərəcə çevirmək mümkündür. Minivenlərdə çevrilmə variantları daha çoxdur. Salonu adi(sərnişin) vəziyyətdən yük, nahar, istirahət yerinə və s. çevirmək olar. Təəssüf ki, bəzi avtomobil istehsalçıları sürücülərin könlünü bu qədər çox yönlü almır və oturacaqları yerə sərt şəkildə bərkidirlər.

YÜK AVTOMOBİLLƏRİ

Yük avtomobili - avtomobil sənayesinin kifayət qədər utilitar(məhsuldar) bir nümayəndəsidir. Buna görə də uzun müddət oturacaqları sadə və iddiasız olub, lakin praktik və etibarlı idi. Yalnız son dövrlərdə yük maşınları rahatlıq baxımından minik avtomobillərinə yaxınlaşdı. Əsasən magistral dartıcıları ən rahat hesab olunur - onların böyük kabinələri sürücünün uzaq məsafədə istirahət etmədən uzun müddət qalması üçün nəzərdə tutulmuşdur.

Traktorların oturacaqları və xüsusi texnikanın qalan hissəsində də eyni vəziyyətdir. Demək olar ki, bütün avtomobillər ucuz oturacaqlar ilə təchiz olunmuşdur, yalnız son modellər olduqca yüksək rahat oturacaqlara malikdir. Əlbəttə ki, kənd təsərrüfatı texnikasında kabinəni ən sadə şəkildə tənzimləməklə əldə edə biləcəyinizi düşünə bilərsiniz, ancaq bildiyiniz kimi, insanın, xüsusən də operatorun və ya sürücünün mənəvi vəziyyətindən asılıdır və normal oturacaq yerinə çox zəif oturacaq quraşdırılıbsa, hansı mənəvi əhvaldan danışmaq olar.

AVTOBUS OTURACAQLARI

Avtobus oturacaqları - sərnişin və sürücü oturacaqlarına bölünür. Sürücünün avtobusdakı oturacağı ilə minik avtomobili arasında ciddi fərqlər yoxdur, buna görə də sərnişin haqqında danışaq.

ŞƏHƏRDAXİLİ AVTOBUSLAR

Şəhər avtobuslarında son dərəcə sadə oturacaqlar olur. Müasir oturacaqlar dekorativ parça ilə örtülmüş plastik bir çərçivədən ibarətdir, baxmayaraq ki, əvvəllər adi porolon örtükdən demək olar ki, fərqlənmirdi. Salon qurğusu lazımi konfiqurasiya məkanını əldə edərək oturacaqlar qrupunu istənilən yerə köçürməyə imkan verir.

BEYNƏLXALQ VƏ TURİST AVTOBUS OTURACAQLARI

Belə avtobuslar bəzən bir gün və ya daha çox müddətə uzun səyahətlərdə ixtisaslaşır. Oturacaqların rahatlığından asılı olmayaraq, onlarda belə uzun müddət qalmağı rahat adlandırmaq olmaz. Avtobus salonunun bütün həcmli məhdudiyyətlərinə baxmayaraq, dizaynerlər daim oturacaqları təkmilləşdirir, yeni və təzə fikirlər gətirirlər.

Beynəlxalq avtobusun oturacaqları çox yumşaqdır, xoşagələn parça ilə örtülüb, söykənəcəyin və qoltuğun maili nizamlanması ilə təchiz olunmuşdur, bəzən quraşdırılmış qatlanan masalar da olur.

HƏRBİ TEXNİKA OTURACAQLARI

Yəqin ki, ən sadə və ucuz, eyni zamanda çox etibarlı oturacaqlardır. Hərbi oturacaqlar üçün ilk variantlar taxtadan ola bilərdi və başqa heçnə. Müasir oturacaqlar həyati vacib funksiyaları dəstəkləyən, eləcə də maşındakı parçalanma-güllə zərbələri və partlayışlar halında təhlükəsizliyi təmin etmək funksiyası ilə təchiz edilmişdir.

MOTOSİKL OTURACAQLARI

Motosikl oturacaqları qeyri-müəyyənliyi ilə sevindirir, onlar həm primitiv, həm çox vaxt gözəl, həm də müxtəlifdir. İlk moto oturacaqlar ("Ural", "Dnepr" motosikllərində) velosiped oturacaqlarına bənzəyirdi. Buna görə də sərnişin və sürücü oturacaqları ayrıdır. Daha sonra, bir çox motosiklarda, dəri örtüklü və yumşaq tamamlayıcı monolit oturacaqlar düzəltməyə başladı. İdman motosikllarında oturacaqlar ayrıdır və müxtəlif səviyyələrdə yerləşir. Belə oturacaqlar sürücü və sərnişinin fiziki xüsusiyyətlərini və vəziyyətini nəzərə alır.

Tərcümə etdi: Avto Klub Azərbaycanın baş administrator Natiq Nazimoğlu

Gəncə şəhəri, 2019-cu il

ŞƏRH YAZ
Ad

E-mail

Şərh