70 min dolları zibilləyə atdılar: saatlarla zibilxanada pul axtardı

Maraqlı 15 Dekabr 2019 11:15 Oxunub 1842
70 min dolları zibilləyə atdılar: saatlarla zibilxanada pul axtardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərizə müqabilində pul iş adamına təhvil verilib

Türkiyənin Konya əyalətində bankdan 70 min dollar götürərək paketə qoyan iş adamı, təmizlik zamanı səhvən pul zibilliyə atılıb. Avtosfer.az  xəbər verir ki, hadisə Karatay rayonu Çaxmaq məhəlləsində qeydə alınıb.

Məlumata görə, iş adamı Əyyub Güclü bankdan götürdüyü 70 min dolları paketə qoyaraq iş yerinə gəlib. İş yerində təmizlik ilə məşğul olan işçi, içərisinə baxmadan paketi zibilliyə atıb.  

Paketi qoyduğu yerdən tapa bilməyən Əyyub, paketin zibil konteynerlərinə atıldığını öyrənib.   Zibil qablarını axtaran iş adamı pulları orada tapmayıb və ətrafdakı təhlükəsizlik kameralarını araşdıran Güclü, zibilləri Karatay Bələdiyyə işçiləri tərəfindən yığılaraq aparıldığını görüb. Zibil maşınının qeydiyyat nişanını götürərək Karatay Bələdiyyəsinə gedib. Müdiriyyətlə görüşərək problemini dilə gətirən Əyyub Güclü, 42 KB 916 zibil maşınının Kaşınhanı bölgəsindəki anbara zibillərin boşaldıldığını öyrənib. Anbara gedən Güclü, saatlarla əməkdaşlarla birlikdə tonlarla zibillərin arasında 70 min dollar olan paketi axtarıb. Bir müddət sonra isə Əyyub Güclü 70 min dolları tapıb və ərizə müqabilində pul ona təhvil verilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh