Sürücü 82 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb - Bakıda

Qəzalar 16 Dekabr 2019 09:00 Oxunub 975
Sürücü 82 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda 82 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, 1937-ci il təvəllüdlü Cəfərova Ababil İstil qızı Məhəmməd Hadi küçəsində yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. A.Cəfərovaya sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Qadının yaxınlarının verdiyi məlumata görə A.Cəfərovanı vuran sürücü hadisə yerindən qaçıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh