Dördüncü mərtəbədən yıxılan qız ağır xəsarət alıb - Bakıda

Gündəm 16 Dekabr 2019 09:15 Oxunub 800
Dördüncü mərtəbədən yıxılan qız ağır xəsarət alıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin təfərrüatları araşdırılır

Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Məhəmməd Hadi küçəsində 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qabırğaların çoxsaylı sınığı diaqnozları qoyulub. Ü.Tağıyevanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh