Binə qəsəbəsinin yolsuzluq problemi öz həllini tapmır- FOTO

Xəbərlər 16 Dekabr 2019 15:55 Oxunub 2184
Binə qəsəbəsinin yolsuzluq problemi öz həllini tapmır- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər öz vəsaitləri hesabına yolu dəfələrlə təmir etsələr də bu yol uzun müddət davam gətirmir

Bakının bəzi qəsəbədaxili yollarındakı bərbad durum çoxlarına məlumdur. Uzun müddətdir ki, təmir olunmayan yollar sakinlərə problemlər yaradır. Təəssüf ki, bu problemin həlli istiqamətində atılan addımlar hələ də yaxşı nəticə verməyib. Qeyd edək ki, Prezident İlham Əliyev Bakının qəsəbədaxili yollarının təmiri ilə bağlı göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, Binə qəsəbəsi Sovxoz yaşayış ərazisində də yollar uzun müddətdir ki, bərbad vəziyyətdədir. Bir müddət öncə qəsəbənin əsas yolu təmir edilsə də küçələrarası əsas yollar təmir edilmədi. Bu da hər dəfə yağıntılı hava şəraitindən sonra bərbad mənzərənin yaranmasına səbəb olur. Yollar avtomobillərin və piyadaların hərəkəti üçün keçilməz səddə çevrilir. Məktəbə gedən uşaqların bu yollardan istifadəsi isə mümkünsüz olur. Asfaltın dağılması nəticəsində kəskin çuxurların yarandığı yollar isə hər kəsə problemlər yaradır.
Qeyd edək ki, sakinlər öz vəsaitləri hesabına yolu dəfələrlə təmir etsələr də bu yol uzun müddət davam gətirmir.

Dəfələrlə mətbuatda bu barədə yazılar yazılsa da,  "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi bu yolların təmiri üçün həvəsli görünmür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh