Sumqayıtda yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlər davam edir - VİDEO

Yol polisi 16 Dekabr 2019 22:45 Oxunub 1384
Sumqayıtda yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlər davam edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəblilər maraqlı çıxışlar edib

Məktəblilərin və uşaqların yollarda təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyində tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin inspektoru Fərid İldırımzadə, 1-ci polis bölməsinin inspektoru Vüsal Tahirov, məktəb rəhbərliyi, şagirdlər və valideynlərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü il Dövlət Proqramına uyğun olaraq məktəblilərə yol hərəkəti qaydalarını izah etmək, yol hərəkəti təhlükəsizliyini aşılamaq öz əksini tapıb. Tədbirdə piyada keçidindən pərakəndə keçən şagirdlər maarifləndirilib, onların bu keçidlərdən istifadə etməsinin zəruriliyi qeyd olunub. Bildirilib ki, şagirdlərə bu istiqamətdə müəllimlər, valideynlər də məlumat verməlidir. Bu həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi üçün vacibdir.

 

 

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh