Azərbaycana gətirilmiş ilk avtomobilin sahibi kim olub? - Maraqlı araşdırma

Maraqlı 19 Dekabr 2019 11:15 Oxunub 1467
Azərbaycana gətirilmiş ilk avtomobilin sahibi kim olub?  - Maraqlı araşdırma
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Foto Helenendorfda(keçmiş Xanlar, indiki Göygöl rayonu) çəkilib

Azərbaycanda ilk avtomobilə sahib olan şəxs ölkədəki ilk şərab sənayesinin təməlini qoyan helenendorflu(hazıki Göygöl) sahibkar Kristofer Forerin(Christopher Vohrer) oğlu Adolf Gottlob Vohrer olub. O, Hamburqda yerləşən "Adler" firması ilə müqavilə bağlayaraq, 1913-cü ildə Azərbaycana bu fotodakı Mercedes markalı maşın gətirib. Müqaviləyə əsasən o, Mercedesin Qafqazdakı təmsilçisi idi. Bu günki dillə desək, rəsmi distribyutoru. Foto Helenendorfda(keçmiş Xanlar, indiki Göygöl rayonu) çəkilib.

Mənbə: Entgrenzung - Deutsche auf Heimatsuche zwischen Württemberg und Kaukasien, 2017.

Hazırladı: AVTO KLUB AZƏRBAYCANın baş administratoru Natiq Nazimoğlu

https://www.facebook.com/groups/autoclub/

ŞƏRH YAZ
Ad

E-mail

Şərh