Dəmiryolunda ŞOK oğurluq – 240 minlik “Maybach” oğurlamaq istədilər - FOTOLAR

Avtoxəbər 20 Dekabr 2019 12:20 Oxunub 6153
Dəmiryolunda ŞOK oğurluq – 240 minlik “Maybach” oğurlamaq istədilər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar avtomobili qatardan endirmək istəsələr də, məqsədlərinə nail ola bilməyiblər

Dünən Almaniyanın Hamburg şəhər dəmiryolu vağzalında oğurluğa cəhd edilib. Avtosfer.az-ın alman mətbuatına istinadən verdiyi məlumata görə, adları istintaqa məlum olmayan bir neçə nəfər dəmiryolu ilə daşınan, dəyəri 142.000 avrodan (240 min manat-red.)  yuxarı olan Mercedes-Benz S klass “Maybach” model avtomobili qaçırmağa cəhd göstəriblər. Onlar avtomobili qatardan endirmək istəsələr də, məqsədlərinə nail ola bilməyiblər. Avtomobilin ön hissəsi aşağı endirilərkən dəmir yolu reyslərinə dəyərək zədə alsa da, arxa hissəsi sıxışıb qalmışdır. Cinayətkarlar planlarının baş tutmayacaqlarını anlayaraq dərhal hadisə yerindən uzaqlaşıblar. Hadisə yerinə cəlb edilən polislər barmaq izi vasitəsi ilə cinayətkarların izinə düşmək üzərindədir. 
Məlumat üçün bildirək ki, bu cür transport logistik daşımalarda yükləmə-boşaltmanı asanlaşdırmaq üçün avtomobillərin açarları üzərində və qapıları açıq şəkildə olur. Lakin avtomobillər "transport rejim”də olduqları üçün bir çox funksiyaları offline rejimdə olur və mühərrik 10 faiz gücündə çalışır...
(Fotolar Blaulicht-news-ə aiddir).

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh