Azərbaycanda bahalı maşınları qeyri-adi rənglə boyadılar - FOTO

Avtodünya 20 Dekabr 2019 12:25 Oxunub 5166
Azərbaycanda bahalı maşınları qeyri-adi rənglə boyadılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əlvan rənglər avtomobillərə xüsusi gözəllik verir

Azərbaycada avtomobillərin rəng seçimində adətən monoton rənglərə üstünlük verilir. Daha çox qara, ağ və gümüşü rəngli avtomobillər sürücülər tərəfindən seçilir. Amma müxtəlif rənglərdə avtomobillər də maraqlı görünür. Avtosfer.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq "AA Motors" şirkəti yeni bir layihəyə start verib. Belə ki, 6 ədəd yeni avtomobil ağ-qaradan çıxaraq müxtəlif rənglərdə boyanıb.

Şirkətin rəhbəri Azər Abıyev deyir ki, bu layihənin edilməsində əsas məqsəd qara və ağ rənglərdən başqa da rənglərin gözəl göründüyünü insanlara izah etməkdir. “Bəzən ictimai rəyi nəzərə alaraq insanlar buna cəsarət etmir. Amma əlvan rənglər avtomobillərə xüsusi gözəllik verir. Düşünürəm ki, bu layihədən sonra şəhərimizin küçələrində rəngli avtomobillərə daha çox rast gəlinəcək. Əslində bu mənim üçün bir sosial layihə idi. Çünki ölkəmizdə ancaq ağ və qara maşınların sürülür ki, bu da öz nöbbəsində şəhərimizi solğun göstərir. Mənə elə gəlir ki, bu maşınlar şəhərdə hərəkət edəndə fərqli və gözəçarpan bir mənzərə yaranacaq. 

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh