FARA (fənər) nə ilə işarələnir və mənası nədir?

Maraqlı 20 Dekabr 2019 13:00 Oxunub 6809
FARA (fənər) nə ilə işarələnir və mənası nədir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil faralarının işarələri özündə bilinməsi zəruri olan çoxlu sayda məlumat daşıyır

2010-cu ildə texniki qaydalardakı dəyişikliklər səbəbiylə bir çox insanlar faraların işarələnməsi ilə maraqlandı. Hal-hazırda nəqliyyat vasitələrinə aşağıdakı rəsmən təsdiq edilmiş növ faralar quraşdırılır:

C - yaxın, R - uzaq, CR - ikili rejimli (yaxın və uzaq) işıq közərmə lampaları ilə (AİK BMT № 112, ГОСТ Р 41.112-20055 qaydası);

HC - yaxın, HR - uzaq, HCR - halogen közərmə lampaları olan ikili rejimli işıq (AİK BMT № 112, ГОСТ Р 41.112-2005 qaydası);

DC - yaxın, DR - uzaq, DCR - qazmənbəli ikili rejimli işıq (AİK BMT № 98, ГОСТ Р 41.98-99 qaydası).

BEYNƏLXALQ FARA İŞARƏLƏNMƏSİ

C - yaxın işıq, R - uzaq işıq, H - yalnız halogen fara ilə, HCR - yaxın və uzaq halogen lampa ilə, DC - yaxın ksenon DCR - uzaq və yaxın ksenon, PL - plastik yayıcı, S - lampa-fara (tamşüşəli), B - dumanəlehinə işıq, A - qabarit işıq, 02 - rəsmi təsdiq kodu

Gəlin faranın gövdəsinə və ya şüşəsinə tətbiq olunan işarələrin deşifr edilməsi nümunəsinə baxaq.

1. Beynəlxalq təsdiqetmə nişanı və onu verən ölkənin kodu.

Faranın tipini ifadə edən (xarici işıq), həmçinin təsdiq nişanı ("E" hərfinin yerləşdirildiyi dairədən, sonra təsdiq edən ölkənin nömrəsi və təsdiq nömrəsi daxil olmaqla) faranın işıq yayıcısına və ya əgər yayıcı ondan ayrıla biləcəyi təqdirdə faranın gövdəsinə həkk olunur. ABŞ-da faralar “DOT” (Department Of Transport/Nəqliyyat Nazirliyi), “Avropa faraları” - dairənin içində “E” hərfi ilə faranın istifadəyə təsdiq olunduğu ölkə kodu ilə qeyd olunur (“E1” - Almaniya, “E2” - Fransa və s.). Almaniya, Fransa, İtaliya, Niderlands, İsveç, Belçika, Macarıstan, Çex Respublikası, İspaniya, Yuqoslaviya, İngiltərə, Avstriya, Lüksemburq, İsveçrə - Norveç, Finlandiya, Danimarka, Rumıniya, Polşa, Portuqaliya, MDB, Yunanıstan.

2. FARANIN TƏYİNATI

A: yan faralar B: duman əlehinə fara C: yaxın işıqlar R: uzaq işıqlar CR: yaxın və uzaq işıqlar C/R: yaxın və ya uzaq işıqlar

3. H4 LAMPALARINN TƏNZİMLƏNMƏSİ

HC: yaxın işıqların halogen farası HCR: yaxın və uzaq işıqların halogen farası HC/R:yaxın və ya uzaq işıqların halogen farası

4. KSENON ÜÇÜN FARA İŞLƏMƏLƏRİ

DC: yaxın ksenon işığı, DR: uzaq ksenon işığı, DC/R: yaxın və ya uzaq ksenon işığı

5. İşıqlandırma

Lükslər: 7.5; 10; 12.5; 17.5; 20; 25; 27.5; 30; 37.5; 40; 45; 50.

6. Hərəkət istiqaməti

Əgər fara üzərində ox varsa, onda belə fara sol tərəf hərəkət üçün, əgər ox yoxdursa, o zaman sağ tərəf hərəkət üçün nəzərdə tutulmuşdur. Əgər ox ikitərəfli olarsa, onda faralar həm sol, həm də sağ hərəkət üçün uyğundur.

Avtomobil faralarının işarələri özündə bilinməsi zəruri olan çoxlu sayda məlumat daşıyır.

İstehsalçı şirkət: AL, Aspock, Bosch, Britax, Carello, CEV, Cobo, Gmak, Hella, Ermax, Europoint, Koito, Ichikoh, Icjpoint, Imasen, Jokon, Lescoa, OEW, Olsa, Oсвар, Rinder, Reiluxia, Rubbolite, TRW, THK, Schefenacker, Seima, Sylvania, Sidler, Socop, Stanley, SWF, Superpoint, Valeo, Vignal, York, ZKW, ULO və s.

Yapon avtomobillərində HCHR işarəsi - HID C Halogen R yəni yaxın ksenon, uzaq halogen işıq deməkdir.

23 sentyabr 2010-cu ilə qədərki texniki qaydalara tələblər

2010-cu il martın əvvəlində ksenonla əlaqədar texniki qaydaların şərhindən sonra ksenonun İMH-dən(işə və müdafiəyə hazırdır) keçməsi qeyri-mümkün oldu. Ksenon işığı olan nəqliyyat vasitələrinin bunun üçün nəzərdə tutulmayan faralarda işlənməsi qadağan olundu. Cəzası ağır idi, 6 aydan 12 aya qədər sürücülük hüquqlardan məhrum edilmə, işıqlandırma cihazlarının müsadirə edilməsi.

İşarələməni harada görmək olar?

Fara üzərində, adətən faranın şüşəsinin iç tərəfindən və ya faranın yuxarı hissəsində qapaq(kapot) altına həkk olunur. Lakin fənərləri çıxarmadan işarələrin tapılmadığı zamanlar olur.

Texniki qaydaların ziddiyyətləri və indi ksenon quraşdırmaq mümkündürmü?

Fara nişanlarının tapılması və müəyyənləşdirilməsindəki problemlər texniki qaydalarda dəyişikliklərə səbəb oldu. Əvvəllər maşında ksenon quraşdırılıbsa, ancaq fara HCR işarələnibsə, amma ksenon quraşdırılıbsa, bu "kolxoz" hesab olunurdu və İMH bileti əldə etmək mümkün deyildi. 23 oktyabr 2010-cu il tarixindən etibarən fara təmizləyici sistemi (yuyucusu) və avtomatik düzəldici quraşdırılmaq şərtilə ksenonu belə faralara quraşdıra bilərsiniz.

 Hazırladı: AVTO KLUB AZƏRBAYCANın baş administratoru Natiq Nazimoğlu

Gəncə şəhəri, 2019-cu il

https://www.facebook.com/groups/autoclub/

ŞƏRH YAZ
Ad

E-mail

Şərh