Yeni ilin ilk hərracı: “Nissan” 3500 azn, “Mitsubishi” 5000 azn - SİYAHI

Avtobazar 21 Dekabr 2019 16:15 Oxunub 2806
Yeni ilin ilk hərracı: “Nissan” 3500 azn, “Mitsubishi” 5000 azn - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac 2020-ci ilin yanvarın 21-də keçiriləcək

Bəzi dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, 2020-ci ilin yanvarın 21-də keçiriləcək hərraca 10 avtomobil təqdim ediləcək.

Avtosfer.az hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edir:

Qeyd: 1-ci sətirdə  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin balansında olan nəqliyyat  vasitəsinin 23 iyul 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün  təkrar hərraca çıxarılır.

2-ci sətirdə  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat  vasitəsinin 30 iyul 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün təkrar hərraca çıxarılır.

3-cü sətirdə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat  vasitəsinin 20 avqust 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün  təkrar hərraca çıxarılır.

4-5-ci sətirdə  Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat  vasitələrinin 24 sentyabr 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün  təkrar hərraca çıxarılır.

6-9-cu sətirdə  Azərbaycan Respublikası Hesablama Palatasının balansında olan nəqliyyat  vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

 

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh