Avtosfer.az | Reklam
Bu vəziyyətdə göstərilən trayektoriyaların hansı düzgündür? - DOĞRU CAVAB - FOTO
Öyrənək 24 Dekabr 2019 15:30 676 dəfə oxunub
 Bu vəziyyətdə göstərilən trayektoriyaların hansı düzgündür? -  DOĞRU CAVAB - FOTO
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir.
Sual belədir: Gördüyünüz fotoda sürücü yolayrıcında geriyə dönmək istəyir. Bu vəziyyətdə göstərilən trayektoriyaların hansı düzgündür?

1) A trayektoriyası ilə

2) B trayektoriyası ilə

3) Hər iki trayektroiya ilə

 

Sualın doğru cavabı belədir: Fotoda göstərilən trayektoriyalardan yalnız A trayektoriyası ilə geriyə dönmək olar. Əgər avtomobil B trayektoriyası ilə dönərsə əks istiqamətə çıxmış sayılır. Belə olan halda isə yolayrıcına soldan yaxınlaşan avtomobilə qarşı hərəkət etmiş olur. Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin VII hissəsində qeyd olunub ki, “elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin”.

Sualın ilk düzgün və izahlı cavabını verən Cavid Babayev adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh