Avtomobili aşağı sürətlə idarə edənlər qəzaya səbəb olur

Avtoxəbər 25 Dekabr 2019 09:30 Oxunub 1276
Avtomobili aşağı sürətlə idarə edənlər qəzaya səbəb olur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər 100 Funt sterlinq (220 AZN) pul cəriməsi və üç cərimə balı ilə cəzalandırılır

Avtomobili heç bir əsas olmadan aşağı sürətlə idarə etmək ciddi qəzalara səbəb olur.

Britaniya Nəqliyyat Nazirliyinin araşdırmalarına əsasən, son beş ildə avtomobili asta sürətlə idarə edən sürücülərin törətdiyi qəzalar nəticəsində ölən və yaralananların sayı 75 faiz artıb. 

“Daily Star” nəşri yazır ki, ötən il heç bir əsas olmadan avtomobilini aşağı sürətlə idarə edən iki nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olub, 26 sürücü isə eyni səbəbdən ağır yaralanıb. 

Baxmayaraq ki, Böyük Britaniyada çox aşağı sürətlə avtomobil idarə edən sürücülər 100 Funt sterlinq (220 AZN) pul cəriməsi və üç cərimə balı ilə cəzalandırılır. 

İngiltərəli Sürücülər Alyansının təsisçisi Xyu Bladon avtomobil yollarında asta sürətlə hərəkət edənlərin təhlükə mənbəyi olmağı ilə razıdır. O, hesab edir ki, belə sürücülər başqalarını qıcıqlandırır, digər sürücüləri öz arxasına düşməyə vadar edib, onları qarşı yola çıxaraq ötmə əməliyyatını həyata keçirməyə vadar edir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh