DYP rəsmisi: "Yol hərəkəti haqqında" yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub”

Yol polisi 25 Dekabr 2019 22:45 Oxunub 2237
DYP rəsmisi:                                  "Yol hərəkəti haqqında" yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni yerüstü və yeraltı piyada keçidlərinin tikilməsi ilə də bağlı layihələr işlənilib

“Yol hərəkəti haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub”.

Avtosfer.az-ın “Report”-a istinadən xəbərinə görə, bunu Baş Dövlət Yol Polis İdarəsinin qərargah rəisi, polis mayoru Elvin Hüseynzadə yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə deyib.

O qeyd edib ki, bununla bağlı artıq proses başlayıb: "Yeni yerüstü və yeraltı piyada keçidlərinin tikilməsi ilə də bağlı layihələr işlənilib. Hazırlanan sənədlər qaydalara uyğun olaraq müəyyən qurumlara göndərilib, onların da rəy və təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinə təqdim edilib”.

Gültən

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh