Yol polisinin rüşvət videosu yayıldı - Baş İdarə araşdırmalara başladı

Yol polisi 27 Dekabr 2019 12:00 Oxunub 2264
Yol polisinin rüşvət videosu yayıldı - Baş İdarə araşdırmalara başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək

Sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, videogörüntülərə baxış keçirilib və araşdırma aparılır. "Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib. 

Qeyd edək ki, görüntülərdə 99-YP-866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh