Yol polisinin övladının uğuru - FOTO

Yol polisi 28 Dekabr 2019 19:00 Oxunub 1413
Yol polisinin övladının uğuru - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Münasib Niftalıyev polis baş leytenantı Tural Niftalıyevin oğludur

2018-2019-cu tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən V Məktəblilərarası Fənn Müsabiqəsində Şəki rayonu, Böyük Dəhnə kənd Ə.Fərəcova adına 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Niftalıyev Münasib Tural oğlu fizika fənni üzrə III yeri tutaraq bürünc medala layiq görülüb.
Qaliblərin mükafatlandırılması, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 17 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə keçirilib.
Avtosfer.az bildirir ki, Münasib Niftalıyev, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevin oğludur.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh