Özünü polisə bənzədən sürücü: Sayrışan işıq və xüsusi səs siqnalı quraşdırıb - VİDEO

Avtosfer TV 4 Yanvar 2020 12:00 Oxunub 2034
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin bu cür təchiz edilməsi qadağandır

Şəxsi avtomobilini operativ nəqliyyat vasitəsi kimi təhciz edən sürücünün videogörüntüsü oxucu tərəfindən redaksiyamızın elektron ünvanına göndərilib.
Avtosfer.az xəbər verir ki, 90-PZ-832 qeydiyyat nişanlı avtomobilin sürücüsü yanvarın 3-ü Masazır qəsəbəsi Əliağa Vahid küçəsində sayrışan işıq və xüsusi səs siqnallarını qoşaraq hərəkət edib. 

Operativ nəqliyyat vasitələrinə aid xüsusi səs və sayrışan işıq siqnallarını digər avtomobillərə quraşdırılması birmənalı olaraq qadağandır. 
İnzibati Xətalar Məcəlləsinin 342.9-cu.maddəsində qeyd olunub ki, Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh