Beynəlxalq Bankın əməkdaşları müştərinin şikayətini araşdırmır- Səs yazısı

Xəbərlər 7 Yanvar 2020 13:07 Oxunub 2474
Beynəlxalq Bankın əməkdaşları müştərinin şikayətini araşdırmır-  Səs yazısı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cari hesabda olan pul müştəriyə qaytarılmır

Oxuculardan biri Azərbaycan Beynəlxalq Bankının fəaliyyətsizliyi barədə redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az-a şikayətini bildirən oxucu qeyd edib ki, o, bir neçə ay bundan əvvəl Beynəlxalq Bankda olan cari hesabındakı pulları nağdlaşdırmaq üçün həmin Bankın Yasamal rayon filialına yaxınlaşıb. Bankın əməkdaşından hesabda olan bütün pulların nağdlaşdırmasını tələb etdikdən sonra kassadan pulu götürərək gedib. O, bir müddətdən sonra cari hesabını yoxlayan zaman məlum olub ki, hesabında 1 manat 89 qəpik pul qalıb. Oxucu qeyd edir ki, bankın əməkdaşı barədə baş ofisin qaynar xəttinə şikayət edərək məsələnin araşdırılmasını tələb edən zaman, 10 iş günü ərzində onunla telefon əlaqəsi yaradılacağı barədə məlumat verilib. Bankdan bu cür məlumatın verilməsinə baxmayaraq bu vaxta kimi onunla heç kim əlaqə saxlamayıb. 

Şikayətçi bildirir ki, onun müraciətinə reaksiya verilmədiyi üçün təkrar olaraq Beynəlxaq Bankın qaynar xətti ilə əlaqə saxlayıb. Lakin yenə də heç bir nəticə verməyib. Vətəndaş cari hesabında qalan pulun nağdlaşdırılmasını və onun şikayətini araşdırmayan əməkdaşlar barədə tədbir görülməsini xahiş edir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh