Cinayətkarları təqib edən “Ford Mustang” 3,74 milyona satıldı – FOTO

Avtoxəbər 11 Yanvar 2020 13:05 Oxunub 1904
Cinayətkarları təqib edən “Ford Mustang” 3,74 milyona satıldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac Florida ştatının Kissimmi şəhərində keçirilib

ABŞ-da əfsanəvi “Detektiv Bullitt” (Bullitt, 1968) filmində cinayətkarları təqib edən 1968-ci il istehsalı olan “Ford Mustang” markalı avtomobil auksionda rekord qiymətə - 3,74 milyon dollara satılıb. Avtosfer.az xəbər verir ki, hərrac Florida ştatının Kissimmi şəhərində keçirilib. Bu barədə Amerikanın auksion evi “Mecum” məlumat yayıb.

Auksionun eksperti bildirib ki, 1968-ci ildə çəkilmiş “Detektiv Bullitt”in filminin kadrlarında ilk müasir avtomobil təqibi səhnəsi göstərilib: “Səhnə o qədər yeniliklə və incəliklə həyata keçirildi ki, bütün sonrakı təqib səhnələri üçün standart vəziyyətə gəldi".

Qeyd edək ki, avtomobil izləmə səhnəsində iştirak edən leytenant Frenk Bullittin rolunda aktyor Stiv MakKuin çəkilib.

 

Namiq Musayev

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh