Tanınmış musiqiçi DİN-in rəhbərliyindən kömək istəyir - Maşını qarət edilib

Xəbərlər 14 Yanvar 2020 15:41 Oxunub 2791
Tanınmış musiqiçi DİN-in rəhbərliyindən kömək istəyir - Maşını qarət edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluq edən şəxsin tapılmasını və görüntülərin göstərilməsini istəyir

Tanınmış tar ifaçısı Humay Qədimova avtomobilindən oğurluq olması ilə bağlı Avtosfer.az-a müraciət edib. O, bildirib ki, yanvarın 12-i paytaxtın Teymur Elçin küçəsində idarə etdiyi avtomobili park edərək ərazidən uzaqlaşıb. Bir neçə saatdan sonra avtomobilinə yaxınlaşan zaman avtomobilindən əşyaların oğurlandığının şahidi olub. Oğurluqla bağlı 102 qaynar xəttinə şikayət etdikdən sonra onu Səbail rayon 9-cu Polis Bölməsinə dəvət ediblər. Bölmədə şikayət ərizəsini yazan musiqiçi polis əməkdaşlarından təhlükəsiz şəhər kamerasının görüntülərinin göstərilməsini tələb etsə də ona görüntünü göstərməkdən imtina ediblər. Polis əməkdaşları onunla ayın 13-ü əlaqə saxlayacaqlarını bildirsələr də, bu vaxta kimi heç kim onunla əlaqə saxlamayıb. 

Humay Qədimova Daxili İşlər Nazirliyinin rəhbərliyindən görüntülərin ona təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh