Şotlandiyada dağ inəyi qatarların hərəkətini dayandırdı - VİDEO

Gündəm 15 Yanvar 2020 08:45 Oxunub 840
Şotlandiyada dağ inəyi qatarların hərəkətini dayandırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəmir yolu işçiləri heyvanı bir vedrə yemək ilə xətlərdən kənarlaşdıra biliblər

Şotlandiyada “Haylend” cinsli dağ inəyi dəmir yolu xətlərinə çıxaraq qatarların hərəkətini dayandırıb.

“Sky News” xəbər verir ki, hadisə Qlazqo şəhəri yaxınlığında baş verib.

Nəticədə qatarların hər iki istiqamətdə hərəkətində fasilə yaranıb.

Dəmir yolu işçiləri heyvanı bir vedrə yemək ilə xətlərdən kənarlaşdıra biliblər. İnəyin yaxınlıqdakı qoruqdan qaçdığı bildirilir.

“Haylend” cinsli inəklər 19-cu əsrdə Şotlandiyada yetişdirilib. Onun qalın yunu heyvanı bərk şaxtalara dözümlü edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh