İsrail HHQ səhranı qət edərək Suriyadakı aerodroma raket zərbəsi endirdilər

Gündəm 15 Yanvar 2020 09:00 Oxunub 678
İsrail HHQ səhranı qət edərək Suriyadakı aerodroma raket zərbəsi endirdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dörd raketin hədəfə çatması nəticəsində aerodroma maddi ziyan vurulub

Suriyanın Homs əyalətindəki T4 hərbi aerodromuna dronlar vasitəsilə raket zərbələri endirilib. 

SANA xəbər verir ki, bu barədə Suriya hərbi komandanlığından məlumat verilib.

İsrailin pilotsuz uçuş aparatları İordaniya və İraqın arasında olan səhranı qət edərək bazaya hücum ediblər. Dörd raketin hədəfə çatması nəticəsində aerodroma maddi ziyan vurulub.

Xəbərə görə, Suriyanın hərbi hava qüvvələri bu hücumların qarşısını alaraq bir neçə dronu məhv edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh